DÜNYA

22 İyun

Səudiyyə Ərəbistanı ilə Misir arasında 7,7 milyard dollarlıq müqavilə

Səudiyyə Ərəbistanı ilə Misir arasında 7,7 milyard dollarlıq iqtisadi və ticarət müqaviləsi imzalanıb.
"Fins.az" xəbər verir ki, Qahirə ilə Ər-Riyad arasında 7,7 milyard dollar dəyərində iqtisadi və ticarət müqaviləsi imzalanıb. Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin sosial media hesabından edilən açıqlamaya görə, iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri nazirlik və Misir İnvestisiya və Azad Zonalar Baş İdarəsi əməkdaşlığı ilə bir araya gəlib.

Səudiyyə Ərəbistanı və Misir şirkətləri arasında 7,7 milyard dollarlıq müqavilənin imzalandığı mərasimdə çıxış edən Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid əl-Falih, nazirliyin rolunun iqtisadiyyatın inkişafında özəl sektorun iştirakını dəstəkləmək və asanlaşdırmaqdan ibarət olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən dünən verilən açıqlamada vəliəhd bin Salmanın Misir, İordaniya və Türkiyənin də daxil olduğu xaricə səfər etdiyi bildirilib.

Misirin dövlət qəzeti El-Ehram da prezident Əbdülfəttah əs-Sisinin Qahirə hava limanında bin Salmanı qarşıladığını yazıb.

Səudiyyə Baş Statistika İnstitutunun məlumatına görə, Ər-Riyad və Qahirə arasında ticarət həcmi 2020-ci ildəki 7,7 milyard dollardan 2021-ci ildə 88 faiz artaraq 14,5 milyard dollara yüksəlib. Səudiyyə Ərəbistanı Ticarət Palatasının məlumatlarına görə, Səudiyyə Ərəbistanının Misirdəki sərmayələri 32 milyard dollar, Misirin isə Səudiyyə Ərəbistanına investisiyaları 5 milyard dollar dəyərindədir.