ABŞ prezidenti Co Bayden çinli həmkarı Xi Jinping ilə Çinə tətbiq edilən tariflərlə bağlı müzakirı aparacağını bildirib.
"Fins.az" xəbər verir ki, Bayden Ağ Evdə Kovid-19 ilə bağlı çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın ən böyük neft şirkətlərindən biri olan Chevron-un baş icraçı direktoru Michael Wirth-in “Bayden administrasiyası neft və qaz sənayesinin reputasiyasını itirib” tənqidinə münasibət bildirən Bayden, “O, bir qədər həssasdır. " ifadəsini işlədib.
Ölkədəki infrastruktur layihələrinə görə federal vergilərdən müvəqqəti azad edib-etməyəcəyi ilə bağlı suala Bayden cavabında bildirib ki, bu, demək olar ki, mümkün deyil.
Bayden, Çinə qarşı gömrük rüsumlarında dəyişiklik olub-olmayacağı sualına "Xi ilə görüşməyi planlaşdırıram. Bunun vaxtını hələ müəyyənləşdirməmişik" cavabını verib.
Müəllif: Aynur Qəniyeva
