DÜNYA

16 May

İran Rusiyadan taxıl idxalını kəskin artırmaq istəyir

İran Rusiyadan taxıl idxalını təxminən 3 dəfə artırmaq niyyətindədir.

Bunu İranın Rusiyadakı səfiri Kazem Calali “RİA Novosti”yə açıqlamasında bildirib.

"Bu il İran Rusiyadan 20 milyon tondan artıq taxıl tədarük edə bilər. Ötən il bu rəqəm 7 milyon ton olub. İran Rusiyanın məhsul ixrac etdiyi ölkələr arasında birinci yerdədir", - deyə o, qeyd edib.

© Report