DÜNYA

12 May

Böyük Britaniya-AB ticarət razılaşmasında Şimali İrlandiya böhranı

Böyük Britaniya və Şimali İrlandiya arasındakı ticarət mübahisələrində Böyük Britaniya birtərəfli qaydada hərəkət edərsə, Aİ Britaniya şirkətlərinə məxsus Aİ bazarına imtiyazlı çıxışın dondurulması da daxil olmaqla, pozuntu prosedurlarını həyata keçirəcək.
"Fins.az" xəbər verir ki, Bloomberg  əldə etdiyi məlumata görə, Böyük Britaniya Şimali İrlandiya ilə ticarət öhdəliklərini rədd edən qanun layihəsini qəbul edərsə, Avropa İttifaqı ada ölkəsinə qarşı qısa zaman kəsiyində pozuntu prosedurlarını tətbiq etməklə ticarət razılaşmasını dayandıracaq.

Birliyin inzibati qolu olan Avropa Komissiyasının atılacaq addımları müəyyənləşdirmək və tövsiyə kimi təqdim etməkdən məsul olduğu, lakin mövzu ilə bağlı yekun qərar və zamanın üzv dövlətlərin dəstəyinə ehtiyacı olduğu bildirilir.

Səlahiyyətli mənbələrə istinadən verilən məlumata görə, tədbirlərə Britaniya şirkətlərinin bütün Aİ bazarına imtiyazlı çıxış hüquqlarının dondurulması və Cəbəllütariqdəki vəziyyətlə bağlı danışıqların dayandırılması daxildir.