DÜNYA

11 May

Yüksək qaz qiymətləri Avropa İttifaqına 250 mlrd. avro zərər vuracaq

Dünyada yüksək qaz qiymətləri Avropa İttifaqına (Aİ) 2030-cu ilə qədər 250 milyard avro zərər vuracaq.

Bu barədə "Ember və Global Witness" beyin mərkəzinin hazırladığı təhlildə qeyd olunub.

Məlumata görə, Aİ Rusiya qazından asılılığı azaltmaq üçün hazırladığı "REPowerEU" çərçivəsində təbii qazdan 2280 teravatt saat elektrik enerjisi istehsal etməyi planlaşdırır. Bu miqdar Aİ-nin "55 Uyğunlaşdırma Paketi"ndəki 2825 teravatt saatdan aşağı olsa da, onun dəyəri daha yüksəkdir.

Təhlillərə əsasən, hazırda mövcud olan yüksək qaz qiymətləri davam edərsə, Aİ-nin hazırkı qazdan istifadə planları 2030-cu ilə qədər gözləniləndən 250 milyard avro baha başa gələ bilər.