DÜNYA

11 May

Fitch: Qlobal inflyasiya ilə bağlı narahatlıqlar artacaq

Çində COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər qlobal inflyasiya narahatlıqlarını artıracaq.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Məlumata görə, karantin qlobal tədarük zənciri təzyiqlərini və inflyasiya narahatlıqlarını artıracaq.

Bildirilib ki, aprel ayında Çinin ixracının kəskin azalmasına baxmayaraq, bu hələ də qlobal makro məlumatlara əks olunmayıb.