DÜNYA

09 May

Dünyada karbon qazı rekord səviyyəyə çatıb

Dünyada karbon qazının səviyyəsi aylıq orta hesabla milyonda 420 hissəni (ppm) ötüb. Bu göstərici, ən yüksək səviyyə hesab olunur.

Bu barədə ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) məlumat yayıb.

Məlumata görə, Yer kürəsində karbon qazı aylıq orta hesabla 420 ppm-i ötüb ki, bu da bəşər tarixində ən yüksək səviyyədir.

Bildirilib ki, karbon qazı digər geoloji dövrlərə nisbətən təxminən 100 dəfə daha sürətlə artır.