Ukrayna qıtlığın qarşısını almaq üçün qarabaşaq, düyü və yulaf ixracına məhdudiyyətlər qoyub.
Bu barədə Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər hərbi vəziyyət dövründə qüvvədə olacaq.
Ukrayna hökuməti bu ilin martın əvvəlində ixracı lisenziyalaşdırılmalı olan malların siyahısını genişləndirərək, buğda, qarğıdalı, ət və ev toyuqlarının yumurtası, günəbaxan yağı əlavə edib.
Bundan əlavə, iribuynuzlu mal-qaranın, onların ətinin, duzun, şəkərin, çovdarın, darının və yeməli ət əlavə məhsullarının ixracı üçün kvotalar tətbiq edilib.
