Məlum olub ki, Whatsapp-da daxil olan mesajlar emojilər vasitəsilə reaksiya bildirmək imkanı artıq hamı üçün istifadəyə verilib. Yeni funksiyanın hamı üçün istifadəyə verildiyini Whatsapp-ın rəhbəri Will Cathcart da elan edib. Qeyd etmək lazımdır ki, sözügedən yeni funksiyanın messencerə inteqrasiya ediləcəyi barəsində məlumat hələ bir neçə ay bundan öncə ortaya çıxmışdı. Hal hazırda daxil olan mesajlara bildirilən reaksiyaları əhatə edən emojilərin sayı məhduddur. Lakin müəyyən müddətdən sonra onların sayı getdikcə artacaq.

