DÜNYA

03 May

Alibabanın bazar kapitallaşması 25 milyard dollar azalıb

“Alibaba”nın bazar kapitallaşması 272 milyard dollardan 247 milyard dollara enib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səhmləri son 24 saatda 9,1% ucuzlaşıb.

Məlumata görə, Çinin “Ma” adlı texnologiya şirkətinin meneceri milli təhlükəsizliyə zidd fəaliyyətlərə görə saxlanılıb. Saxlanılan şəxs “Alibaba”nın qurucusu Cek Ma ilə səhv salındığı üçün şirkətin bazar dəyəri azalıb.

Daha sonra adı çəkilən şəxsin Cek Ma olmadığı açıqlandıqdan sonra “Alibaba”nın bazar kapitallaşması yenidən 267 milyard dollara çatıb.