DÜNYA

03 May

Avropa İttifaqında işsizlik səviyyəsi azalıb

Avropa İttifaqında bu ilin mart ayında işsizlik səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% azalaraq 6,2% təşkil edib.

​Avrozonada bu ilin mart ayında işsizlik səviyyəsi 6,8% olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% azdır. Məlumata görə, hazırda Avropa İttifaqında təxminən 13,4 milyon insan, Avrozonada isə 11,3 milyon insan işsizdir .

Bildirilib ki, qadınlar arasında işsizlik səviyyəsi Aİ-də 6,6%, Avrozonada isə 7,2% təşkil edib.

© eurostat