Almaniya 2030-cu ilə qədər Hindistanla birgə layihələrə 10 milyard avro ayıracaq.
Fins.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib.
Şolts bildirib ki, Almaniya qlobal mövzularda Hindistan ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır: "Hindistan Almaniya üçün Asiyada, iqtisadi, təhlükəsizlik və iqlim siyasəti baxımından əhəmiyyətli bir tərəfdaşdır".
