Belarusun Rusiyanın Ukraynaya qarşı müharibəsindəki rolu maliyyə sabitliyi üçün əhəmiyyətli risklər yaradır.
Fins.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.
"Fitch” Belarusun reytinqini “CCC” səviyyəsində təsdiqləsə də, bəzi amillərin reytinqin aşağı enməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Reytinq agentliyi Belarusun maliyyə risklərinin arxasında Rusiya ilə sıx iqtisadi və maliyyə əlaqələri ilə yanaşı, ölkəyə qarşı sanksiyaların və onun müharibədəki rolunun da olduğunu bildirib.
