DÜNYA

02 May

Ukrayna 3 ölkədən 495 milyon avro qrant alıb

Ukrayna Avstriya, Norveç və ABŞ-dan 495 milyon avro qrant alıb.

Fins.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko "Facebook" şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, yaxın zamanalarda ABŞ-dan 500 milyon dollar həcmində daha bir qrant ayrılacaq.

Əlavə edək ki, Kiyev hakimiyyəti ayda təxminən 5 milyard dollar maliyyə yardımına ehtiyac olduğunu açıqlayıb.