Çinin peyvənd istehsalçısı “Sinovac”ın ötən il xalis gəliri 78 dəfə artıb
Fins.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.
Məlumata görə, şirkətin gəliri 78 dəfə artaraq 19,4 milyard dollar təşkil edib. Bu göstərici, 2020-ci ildə 510,6 milyon dollar olub.
Hesabat dövründə “Sinovac”ın mənfəəti təxminən 14,5 milyard dollara çatıb. Bu, 2020-ci ildə 185,2 milyon dollar olub.
İndiyədək “Sinovac” 2,8 milyard dozadan çox “CoronaVac” peyvəndi ixrac edib.
