“Türkiyə hakimiyyəti qısa müddətdə inflyasiyanın artacağını gözləmir”.
Fins.az xəbər verir ki, bunu ölkənin maliyyə naziri Nurəddin Nebati bildirib.
Onun sözlərinə görə, dekabr ayından etibarən həyata keçirilən tədbirlər maliyyə bazarlarında sabitliyin təmin edilməsinə və valyuta məzənnələrinin dəyişməsinə nəzarət etməyə kömək edib: “Mənfi qlobal mühit kontekstində mart ayında Türkiyədə inflyasiya 61,1% təşkil edib. Dekabr ayından bəri həyata keçirdiyimiz tədbirlər maliyyə bazarlarında sabitliyi təmin etməyə və valyuta dalğalanmalarını nəzarət altına almağa imkan verib.
Biz ən qısa zamanda, ilk növbədə, aylıq inflyasiya ilə bağlı vəziyyətin normallaşacağını gözləyirik. Əmtəə qiymətlərinin normallaşması, məzənnənin sabitliyi və həyata keçirdiyimiz əlavə tədbirlər inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq”.
