DÜNYA

02 May

Goldman Sachs - Rusiyanın kredit riskini azaldıb

“Goldman Sachs” investisiya bankı Rusiyanın ümumi kredit riskini ötən ilin sonundakı 650 milyon dollardan 260 milyon dollara endirib.

Fins.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bank Rusiya və Ukrayna ilə əlaqəli bazar risklərinin əhəmiyyətli olmadığını bildirib.

Əlavə edək ki, Ukrayna müharibəsi səbəbilə “Goldman Sachs” bu ilin mart ayında Rusiyadan çıxdığını elan edən ilk ABŞ bankı olub.