DÜNYA

02 May

Hindistanda elektrik enerjisi tələbi rekord həddə çatıb

Hindistanda ötən ay elektrik enerjisi tələbi 2012-ci ildən bəri ən yüksək səviyyəsinə çatıb.

Fins.az "Reuters"ə istinadən xəbər verir ki, ölkədə isti hava şəraiti kondisionerdən istifadənin artmasına səbəb olub.

Məlumata görə, ölkənin şimal ştatları son onilliklərin ən isti aylarını keçirirlər. Belə ki, şimal bölgələrdə elektrik enerjisinə tələbat 16% ilə 75% arasında artıb. Və enerji tələbi 13,2% artaraq 135,4 milyard kilovatsaata çatıb.