DÜNYA

02 May

Şolts: Aİ Rusiyadan kömür idxalını dayandıracaq

“Avropa İttifaqı (Aİ) tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı görünməmiş sanksiyalar qəbul edib. Aİ bu ilin yay aylarında Rusiya kömürünün idxalını dayandıracaq və ilin sonuna qədər ölkənin neftindən imtina edəcək”.

Fins.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “The Indian Express” qəzetinə müsahibəsində deyib.

“Hazırda biz Rusiyanın qalıq yanacaq idxalından asılılığımızı azaltmaq üçün çox iddialı siyasət həyata keçiririk”, - o, bildirib.