ABŞ prezidenti Co Bayden Ukraynaya qarşı müharibə aparan Rusiya prezidenti Vladimir Putinin ölkədə artan inflyasiya və yanacağın qiymətinin artmasına görə məsuliyyət daşıdığını iddia edib.
"Fins.az" xəbər verir ki, Bayden, Twitter hesabından verdiyi açıqlamada, ölkədəki ailələrin son zamanlar bahalaşma ilə mübarizə apardığının fərqində olduqlarını ifadə edərək, "Yanacaq qiymətləri artdıqda bunu hiss edən ailədir. Çox açıq deyək, Kovid-19 və Vladimir Putin ölkədəki qiymət artımına görə məsuliyyət daşıyır”,-deyə əlavə edib.
Putinin Ukraynaya qarşı apardığı savaşın bütün dünyada yanacaq və ərzaq qiymətlərini artırdığını qeyd edən Bayden, "Bunun nəticələrini son inflyasiya məlumatlarında gördük. Keçən ay inflyasiya artımının 70%-i isə inflyasiyanın təsirinin nəticəsi idi. Putinin yanacaq və digər enerji qiymətlərinə qarşı müharibəsidir"
Bahalaşan qiymətləri aşağı salmaq üçün əlindən gələni etdiyini bildirən Bayden, bu çərçivədə neft istehsalçıları ilə görüşdüyünü və ABŞ-ın strateji neft ehtiyatlarından bazara gündə 1 milyon barrel neft çıxardıqlarını xatırladıb.
