Avstraliya Rusiyanın 14 dövlət müəssisəsinə, o cümlədən Kamaz, Sevmaş, Rusiya Dəmir Yolları və Birləşmiş Gəmiqayırma kimi qurumlara sanksiya tətbiq edəcək.
"Fins.az"xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Marise Payne bəyan edib ki, Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya strateji və iqtisadi əhəmiyyət kəsb edən 14 dövlət müəssisəsinə maliyyə sanksiyaları tətbiq edəcək.
Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yazılı açıqlama verən nazir Payne sanksiya tətbiq ediləcək 14 qurum arasında Kamaz, Sevmaş, Rusiya Dəmir Yolları və Birləşmiş Gəmiqayırma kimi Kreml üçün əhəmiyyətli qurumların olduğunu açıqlayıb.
Avstraliya hökuməti olaraq Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın iqtisadiyyatını gücləndirmək imkanlarına mane olduqlarını ifadə edən nazir Payne, “Rusiya hökuməti üçün bu mühüm gəlir mənbələri ilə razılaşmaları əngəlləyərək, onlara qarşı təzyiqləri artırırıq. Rusiya və Putinin müharibəsini maliyyələşdirmək imkanlarını azaldır." , -deyə qeyd edib.
Avstraliya hökumətinin Ukraynanın suverenliyi, ərazi bütövlüyü və Ukrayna xalqını dəstəkləməyə davam edəcəyini vurğulayan Peyn, “Rusiyanı dərhal hərbi qüvvələrini Ukraynadan çəkməyə çağırırıq” -deyə əlavə edib.
