DÜNYA

13 Aprel

Türkiyə startaplarının birinci rübdə cəlb etdiyi investisiyanın həcmi AÇIQLANIB

Türk startapları, ilin ilk rübündə təxminən 1,3 milyard dollar sərmayə ilə 2021-ci ildə 1,5 milyard dollar investisiya məbləğinə yaxınlaşıb.
"Fins.az" xəbər verir ki, Startup Centrum-un “2022 Birinci Rüb Türkiyə Startap Ekosistemi İnvestisiya Hesabatı”na əsasən, bu ilin birinci rübündə “Türkiyə startapları”na edilən investisiyaların ümumi məbləği 1,28 milyard dollar olub.

Yanvar-mart dövründə 61 sərmayə qoyulduğu halda, bir müəssisəyə düşən investisiyanın həcmi 25,5 milyon dollar təşkil edib. İnvestisiya alan 61 startap arasında keçən il aldığı sərmayə ilə dəyəri 1 milyard dolları keçən Insider və Türkiyənin “tekbuynuzlu”larından biri olan Getir və Dream Games yer alıb.

Keçən il aldıqları investisiyalarla diqqət çəkən oyun startapları bu ilin ilk rübündə də ön plana çıxıb. Sözügedən dövr ərzində 8 oyun startapı ümumilikdə 330 milyon dollar investisiya alıb. Bundan əlavə, oyun sənayesində hər bir müəssisəyə qoyulan investisiya məbləğində artım müşahidə edilib.