ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynada soyqırım törətdiyini iddia edib. Daha əvvəl Buça hadisələrini “müharibə cinayəti” kimi qiymətləndirən Bayden Rusiyanın Ukraynadakı hərəkətləri üçün ilk dəfə “soyqırım” ifadəsini işlədib.
"Fins.az" xəbər verir ki, ABŞ prezidenti Co Bayden ölkəsindəki yüksək inflyasiyanın səbəbinin Rusiyanın Ukraynaya qarşı müharibəsi olduğunu və Rusiya prezidenti Vladimir Putinin Ukraynada “soyqırım” törətdiyini bəyan edib.
Bayden Ayova ştatında ölkədə yanacaq qiymətlərində son artımlar və son 41 ilin zirvəsini müşahidə edən inflyasiya ilə bağlı açıqlamalar verib.
Ölkədəki qiymət artımlarının vətəndaşlara təsirini azaltmaq üçün əllərindən gələni etdiklərini qeyd edən Bayden, "Ukrayna işğalının bütün dünyada yanacaq və ərzaq qiymətlərini artırmasından təsirləndik.
Çin, Rusiya və Ukrayna, dünyanın Ən böyük taxıl istehsalçıları əvvəlki kimi istehsal etmirlər. Ona görə də hər şeyin qiyməti qalxır. Bu gün açıqlanan inflyasiyanın 70%-inin yanacaq və ərzaq qiymətləri ilə bağlı olduğunu gördük.
