Çində birinci rübün xarici ticarət məlumatları göstərdi ki, bu ölkənin Rusiya və Ukrayna ilə ticarəti müharibəyə baxmayaraq artıb.
"Fins.az" xəbər verir ki, Rusiya ilə Ukrayna arasında fevralın sonunda başlayan və mart ayı boyunca davam edən müharibəyə baxmayaraq, Çin ilin birinci rübündə bu iki ölkə ilə ticarətini artırıb.
Çin iki ölkə ilə ticarətini yuanla artırsa da, Pekin rəhbərliyi hər iki ölkə ilə iqtisadi əməkdaşlığın normal səviyyədə qaldığını bildirib.Məlumata görə, birinci rübdə ölkənin Rusiya ilə ticarət həcmi 243,03 milyard yuan (38,18 milyard dollar) olaraq qeydə alınıb. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz artım müşahidə olunub.
Ukrayna ilə ticarət dövriyyəsi 10,6 faiz artaraq 29,6 milyard yuana (4,65 milyard dollar) çatıb. Pekin administrasiyası Rusiyanın Ukraynadakı əməliyyatı üçün “işğal” anlayışından istifadə etməkdən çəkinməklə yanaşı, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarını da tənqid edir.
