Avropa Komissiyası (AK) Rusiyanın 21 aviaşirkətini aviasiya təhlükəsizliyi üzrə qara siyahısına daxil edib.
Qeyd olunan siyahıya “Aeroflot”, “Rusiya”, “Pobeda” və “UTair” şirkətləri də daxildir.
“Qara siyahı”ya daxil olan şirkətlərə Aİ ölkələrinin hava limanlarına və onun ərazisi üzərindən uçuşlar qadağan edilib.
Qeyd edək ki, Brüssel artıq Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində bütün bunları qadağan edib.
