DÜNYA

11 Aprel

Maskdan Twitter üçün yeni təkliflər

Tesla və SpaceX-in milyarder CEO-su Elon Musk sosial media nəhəngi Twitter-in abunə xidməti olan Twitter Blue üçün bəzi təkliflər irəli sürüb.
"Fins.az" xəbər verir ki,önümüzdəki aylarda Twitter-də əhəmiyyətli təkmilləşdirmələr həyata keçirmək  istədiyini ifadə edən Musk, idarə heyəti ilə işləməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

İyun ayında istifadəyə verilən Twitter Blue proqramı ilə sosial media nəhənginin ilk abunə xidməti "Tweetləri Geri Al" funksiyası, fərdiləşdirilmiş Twitter tətbiq nişanları və əlfəcinlərin əlavə edilməsi kimi xüsusi funksiyalara eksklüziv giriş kimi funksiyalar üçün ödəniş etmək istəyənlər üçün istifadəyə verilib. Musk, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada təqdim etdiyi Twitter Blue premium abunə sisteminə daxil olanlara "mavi işarə" verilməli olduğunu bildirib.

Musk bir sıra tvitlərində bu tətbiqdə heç bir reklamın olmamasını və abunə qiymətinin aşağı salınmasını təklif edib. O, həmçinin qiymətlərin aşağı salınması, dogecoin ilə ödəmə imkanı, reklamların qadağan edilməsi kimi xüsusiyyətlərin olacağını bildirib.

Bu ölkələrdə ayda 3 dollar ödəyən üzvlər tvitlərini dərc etdikdən sonra ilk 20 saniyədə redaktə etmək kimi müxtəlif funksiyalara daxil olmaq imkanı əldə edirlər.