1 aprel. Fins.az – Avropa Komissiyası (AK) cümə günü CO2 emissiyalarının azaldılması üzrə yeddi irimiqyaslı layihə üçün 1,1 milyard avro dəyərində qrant sazişlərinin imzalandığını elan edib.
Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans deyib: "İnnovasiya Fondu vasitəsilə Avropa Komissiyası ən müasir texnologiyalar istehsal edən və öz fəaliyyətləri ilə müvafiq sahələrdə iqlim keçidini idarə edən innovasiya müəssisələrinin imkanlarını genişləndirmək üçün 1,1 milyard avro ayırır".
Onun sözlərinə görə "bu, Avropa sənayesinin təmiz texnologiya sahəsində qlobal lider kimi mövqeyini gücləndirir, yerli səviyyələrdə iş yerləri yaradır və yaşıl texnologiyaya keçidi sürətləndirməyə kömək edir".
Avrokomissiyanın sazişində açıqlandığı kimi, Aİ-nin Emissiyaların Ticarət Sxemindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən Aİ İnnovasiya Fondunun qrantları, fəaliyyətlərinin ilk on ili ərzində emissiyaları 76 milyon tondan çox CO2 ekvivalenti qədər azaldan layihələr üçündür.
Yeddi layihə hidrogen, polad, kimya, sement, günəş, bioyanacaq, karbon tutma və saxlama kimi əsas sənaye sahələrini əhatə edən innovativ aşağı karbon texnologiyalarını sənaye miqyasına gətirir.
Layihələr arasında, AK kommunikesinə əsasən, İsveç bioenerji karbon tutma və saxlama qurğusu, İspaniyanın tullantıdan metanol istehsalı zavodu, karbon tullantılarını neytrallaşdıran fransız sement istehsalı, innovativ yüksək məhsuldarlıqlı fotoelektron modullar buraxılışı İtaliya sənaye xətti və s. var.