Latviya Bankı ölkənin bu il üçün iqtisadi artım üzrə proqnozunu 4,2%-dən 1,8%-ə endirib
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın pul siyasəti departamentinin rəhbəri Uldis Rutkaste bildirib.
Bank Latviyanın 2023-cü il üçün iqtisadi artım proqnozu 4%-dən 3,2%-ə endirib 2024-cü il üçün proqnozunu isə 3,3%-dən 4,1%-ə yüksəldib.
Məlumata görə, yeni proqnozlar artan qeyri-müəyyənlik şəraitində hazırlanıb.
Əlavə edək ki, ötən il Latviyanın iqtisadiyyatı 2020-ci illə müqayisədə 4,8% artıb.
