DÜNYA

30 Mart

Qətərdən Misirə 5 milyard dollarlıq investisiya qərarı

Misir hökuməti Qətərlə ümumi dəyəri 5 milyard dollar olan bir sıra investisiya müqavilələri bağlamaq üçün razılığa gəldiyini açıqlayıb.

"Fins.az" xəbər verir ki, açıqlamada Qətərin xarici işlər və maliyyə nazirlərinin Misirə səfəri zamanı razılığın əldə olunduğu, lakin sərmayə yatırılacaq layihələrin qrafiki və məzmunu ilə bağlı məlumat verilmədiyi bildirilib.
Misir Qətərin gələcəkdə ölkəyə 5 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

İki ölkə rəsmiləri arasında keçirilən görüşdən sonra Misir hökuməti sərmayələri koordinasiya etmək üçün birgə komitənin yaradılmasına qərar verildiyini açıqlayıb.

Əsas ərzaq idxalçı ölkələrindən biri olan Misir iqtisadiyyatının Ukrayna müharibəsinə görə rekord qıran taxıl qiymətlərindən ağır zərbə aldığı bildirilsə də, sözügedən investisiyalar üçün heç bir cədvəl verilməyib.