Polşa Rusiyadan enerji asılılığını azaltmaq üçün Rusiyadan kömür idxalına qadağa tətbiq etmək qərarına gəlib.
"Fins.az"xəbər verir ki, Polşa hökumətinin sözçüsü Piotr Mueller Nazirlər Şurasının iclasından sonra Rusiyadan kömür idxalının qarşısının alınması ilə bağlı açıqlamalar verib.
Mueller bildirib ki, Rusiyadan kömür idxal edən bütün Polşa özəl qurumlarına maliyyə cəzaları tətbiq olunacaq.
Polşanın 27 ölkədən ibarət Avropa Birliyinin (AB) bu siyasəti tətbiq etməyini gözləyə bilmədiyini ifadə edən Müller, Rusiyadan idxal edilən kömürün yarısının evlərin isitmə, qalanının isə sənayedə istifadə edildiyini bildirib.
