DÜNYA

29 Mart

Kanadanın neft şirkəti Rusiyaya investisiyalarını dayandırır

Kanadanın neft hasilatı şirkəti “Calfrac Well Services” Rusiyaya investisiyalarını dayandıracaq.

“Fins.az” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.“Şirkət müqavilə öhdəliklərindəki bütün qüvvədə olan qanunlara və sanksiyalara ciddi şəkildə əməl edir”, - məlumatda qeyd edilib.

Bundan əlavə, “Calfrac Well Services” ölkəyə ehtiyat hissələri və avadanlıqların tədarükünü dayandıracaq.