DÜNYA

29 Mart

Monteneqronun baş naziri LPG-nin daşınması üçün Bar limanını təklif edib

Monteneqronun baş naziri Zdravko Krivokapiç NATO-ya üzv ölkələrin hökumət başçılarının Bolqarıstanda keçirilən iclasında regiona mayeləşdirilmiş təbii qazın (LPG) nəqli üçün Adriatik dənizində Bar limanını təklif edib. Bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, hər bir böhran imkanlar yaradır, “bizim strateji infrastruktur layihələrinin inkişafı üçün böyük potensialımız var, maye qazın nəqli üçün Bar limanı müəyyən edilə bilər ki, bu da regionda əlaqələrin daha da gücləndirilməsi üçün potensiala çevrilə bilər".

Mətbuat xidməti qeyd edib ki, baş nazir yalan məlumatların və təbliğatın yayılması ilə bağlı çətinlikləri də qeyd edib və süni intellekt əsasında yalan məlumatların yoxlanılması ilə məşğul olacaq güclü birgə mərkəzin yaradılmasını təklif edib.

Krivokapiç həmçinin bildirib ki, Ukrayna ətrafındakı böhran "bizə ən çox həyati ehtiyaclar sahəsində təsir edir".

Bolqarıstanın baş naziri Kiril Petkovun təşəbbüsü ilə Sofiyada bazar ertəsi NATO-ya üzv olan cənub-şərqi Avropa ölkələrinin hökumət başçılarının görüşü baş tutub. Mövzu Ukrayna böhranı və onun nəticələri, Qərbi Balkan ölkələrinin iqtisadiyyatına və enerjisinə təsiri olub.