DÜNYA

29 Mart

ABŞ-ın 2023-cü il büdcə layihəsində Ukrayna, NATO və Avropaya 6,9 milyard dollar yardım nəzərdə tutulub

- ABŞ-ın 2023-cü maliyyə ilinə büdcə layihəsində Ukrayna, NATO və Avropanın təhlükəsizlik ehtiyaclarına kömək etmək üçün 6,9 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub, Xəbəri CNBC yayır.

Kanal dəqiqləşdirib ki, bu, planlaşdırılan 813 milyard dollarlıq ümumi müdafiə xərclərinin yalnız bir hissəsidir. CNBC-nin məlumatına görə, ötən illə müqayisədə müdafiə xərcləri 31 milyard dollar artacaq.

Bundan əlavə, qlobal səhiyyəyə, o cümlədən COVID-19 və gələcək pandemiyalara 10,6 milyard dollar ayrılması planlaşdırılır.

ABŞ-da cinayətkarlıqla mübarizəyə 32 milyard dollardan çox vəsait ayrılmalıdır. Layihə baxılmaq üçün ABŞ Konqresinə göndərilib.