Avropa Komissiyasının araşdırmasına görə, Avropa Birliyi böhran vəziyyətində region iqtisadiyyatına dəstək olmaq üçün ümumi fond yaratmalıdır.
Sənəddə həmçinin, “respondentlərin əksəriyyəti, eləcə də Aİ-nin mərkəzi fiskal ehtiyatlarının yaradılmasını, xüsusən də makroiqtisadi sabitləşməni dəstəklədikləri”, - qeyd edilir.
Hazırda əsasən bütün Aİ üzv dövlətlərinin üzüvlük haqları hesabına doldurulan Avropa İttifaqının ümumi büdcəsi mövcuddur. Aİ-nin ÜDM-inin həcminin təxminən 13,5 trilyon avro olduğu halda büdcə xərclərinin həcmi 2022-ci il üçün təqribən 170 milyard avro təşkil edir. Büdcə həm Aİ daxilində, həm də ondan kənarda müxtəlif layihələri maliyyələşdirir.
"Sorğu iştirakçılarının yarısının fikrincə, COVID-19 böhranı Aİ və Avro məkanında inteqrasiyanın vacibliyini nümayiş etdirdi. Yuxarıda qeyd edildiyi kimi, respondentlərin yarısı regionun ümumi və ayrı-ayrılıqda ölkə şoklarına cavab verəcək Aİ və ya Avropa bölgə üçün daimi mərkəzləşdirilmiş fiskal sabitləşdirmə gücünün inkişafını təklif edir”, – deyə araşdırmada qeyd edilir.
Onlayn sorğu 31 dekabr 2021-ci ildə tamamlanıb və Komissiya 25 müxtəlif ölkədən, o cümlədən 21 Aİ üzvü olan respondentlərdən 225 cavab alıb. Respondentlər arasında, xüsusən də tədqiqat institutları, beyin mərkəzləri, həmkarlar ittifaqları var.
