DÜNYA

28 Mart

BƏƏ neftə tələbatın pandemiyadan əvvəlki səviyyəyə çatacağı  vaxtı açıqlayıb

BƏƏ-nin sənaye naziri: Neftə tələbat gündəlik təxminən üç milyon barel artıb

Fins.az Dohadakı mənbələrə istinadən xəbər verir ki,  Sənaye Naziri və Abu Dabi Neft Şirkətinin direktoru ADNOC Sultan Əl Cabir bazar ertəsi Qlobal Enerji Forumu zamanı, neft tələbatının CPOVID-19-dan əvvəlki səviyyələrə qayıtması 2022-ci ilin son rübündə mümkün olacaq. Bununla da  yaxın vaxtlarda təklif tələbatla müqayisədə azalacaq.

Onun sözlərinə görə, indi tələbat ötən illə müqayisədə gündə təxminən üç milyon barel artıb.

Nazir onu da bildirib ki, neft-qaz sənayesinə illik investisiya qoyuluşları tələb olunan səviyyədən 200 milyard dollar azdır və bu sahəyə investisiyaların azalması uzun müddətdir ki, bazarlarda risklər yaradıb.

Sultan Əl Cabir qeyd edib ki, enerji mənbələrinə investisiyaların azalması təchizat böhranına və qlobal iqtisadi artımın aşağı düşməsinə səbəb olacaq. O həmçinin bildirib ki, BƏƏ 2030-cu ilə qədər neft hasilatını gündəlik beş milyon barrelə çatdıracaq və LNG ixracını artırmaq üçün qaz hasilat gücünü 30 faiz artıracaq.