ABŞ-da 2025-ci ilə qədər süni intellektə çəkilən xərclər 120 milyard dollara qədər artacaq.
Fin.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Məlumata görə, pərakəndə satış və bankçılıq 2025-ci ildə ABŞ-ın bütün süni intellekt xərclərinin təxminən 28%-ni təşkil edəcək.
Əlavə edək ki, süni intellekt xərclərinin ən sürətli artımını (30%-dən çox) görəcək sahələr peşəkar xidmətlər, media və investisiya xidmətləri olacaq.
