DÜNYA

18 Mart

“Xerox” Rusiyaya ixracı - MƏHDUDLAŞDIRIR

Amerikanın ofis avadanlığı istehsalçısı “Xerox” Rusiyaya məhsulların tədarükünü dayandırır.

Bu barədə şirkətin maliyyə direktoru Ksavye Heyss məlumat yayıb.

“Heç bir şeyin tədarükü planlaşdırılmır”, – deyə Heyss söyləyib. O qeyd edib ki, Rusiya və Ukraynada “Xerox” ayrı-ayrı hüquqi şəxslərlə təmsil olunur. Heyssin fikrincə, Rusiya bölməsi Ukrayna bölməsi kimi böyük məbləğdə gəlir gətirmir.

Yel Universitetinin məlumatına görə, Ukraynada xüsusi əməliyyat başlayandan bəri 400-ə yaxın Qərb şirkəti Rusiya bazarındakı fəaliyyətini dayandırıb və ya onu tamamilə tərk edib. Onlar arasında arasında “Intel”, “Dell”, “Canon”, “Samsung”, “HP”, “Epson”, “Microsoft”, “Cisco” və digərləri yer alır.