Son zamanlar Rusiyanın Ukraynaya müdaxiləsi ilə kəskin bahalaşan buğda qiymətləri tədarüklə bağlı nikbinliklə azalıb.
"Fins.az" xəbər verir ki, buğda qiymətləri qlobal təklifin artdığına dair nikbinliklə aşağı enib. Beləliklə, qiymətlər keçən həftə rekord hədd təxminən 25% ucuzlaşıb.
Ukrayna ilə Rusiya arasında müharibənin bitəcəyi ilə bağlı gözləntilər azalmada təsirli olub.Çikaqoda buğda fyuçersləri 3,5% ucuzlaşaraq 10,31 dollara satılıb. Çərşənbə günü qiymətlər 7,4% aşağı enib.
Dünya Bankı dünən bəyan edib ki, Rusiya və Ukrayna arasında gedən müharibəyə görə qlobal buğda bazarında pisləşmə riski yüksəkdir və Ukraynadan buğda idxalından asılı olan ölkələr qısa müddətdə alternativ mənbələrə keçiddə çətinlik çəkə bilər və qısa müddətdə tədarük çatışmazlığı ilə üzləşə bilər.
Kənd təsərrüfatı sektorunda məsləhət xidmətləri göstərən SovEcon buğda istehsalı proqnozunu 32,1 milyon tondan 26 milyon tona endirib. Bildirilir ki, qarğıdalı istehsalı keçən il 41,9 milyon tondan 27,7 milyon tona düşə bilər. Allendale tərəfindən aparılan sorğuda ABŞ-da istehsalın keçən illə müqayisədə 2 milyondan çox artacağı proqnozlaşdırılıb.
Digər tərəfdən, Ukrayna Kənd Təsərrüfatı Nazirliyi əlverişsiz hava şəraitinin, eləcə də müharibənin buğda əkini üçün mənfi olduğunu bildirib.Çikaqoda buğda fyuçersləri martın əvvəlində rekord səviyyəyə - 13,63 dollara yüksəlib.