DÜNYA

17 Mart

“Rusiya-Gürcüstan sərhədində 18 gündür gözləyən yük maşınlarımız var”

Sərhəd-keçiddə gözləyən yük maşınları var və bu vəziyyətin təcili həll edilməsi lazımdır.
"Fins.az"xəbər verir ki, Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının (UND) vitse-prezidenti Fatih Şener Rusiya və Ukrayna arasında gedən müharibənin logistika sənayesinə təsirini qiymətləndirib.

Məlumata görə, Şener 18 gündür Rusiya ilə Gürcüstan arasında sərhəd qapısında yük maşınlarının gözlədiyini, anbar qıtlığının olduğunu və buradakı sürücüləri bu problemdən xilas etməmiz lazım olduğunu vurğulayıb.

Şener "Gürcüstanla Rusiyanı birləşdirən sərhəd qapısında ciddi gözləntilər var. 18 gündür gözləyən yük maşınlarımız var. Türkiyə ticarəti də Orta Asiya yolunda infarkt keçirir və bu böhranda stent qoyulmalıdır. Biz hansısa yolla Rusiya ixracatını daşımalıyıq. Oradakı sürücüləri bu bəladan xilas etməliyik,"-deyə qeyd edib.