DÜNYA

17 Mart

Avropa Şurasından Rusiya ilə bağlı kritik qərar

Avropa Şurası Parlament Assambleyasının dünən Rusiyanın şuraya üzv ola bilməyəcəyi ilə bağlı rəy qərarından sonra Rusiya şuranı tərk edib.

"Fins.az"xəbər verir ki, Komitə Rusiyanı prosedur qaydasında üzvlükdən çıxarıb. 
 Avropa Şurasından verilən yazılı açıqlamada bildirilib ki, Nazirlər Komitəsinin növbədənkənar iclasından sonra şuranın nizamnaməsinin 8-ci maddəsinə əsasən başlayan prosedur çərçivəsində bu gündən etibarən Rusiyanı üzvlüyündən çıxarmaq qərarına gəlib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən Rusiyanın şuraya üzv ola bilməyəcəyinə dair rəy kimi qərar qəbul etdiyini xatırladan şura, Rusiyanın Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçə məlumat verdiyini açıqlayıb. 

Rusiyanın Ukraynaya hərbi hücumlarına görə, fevralın 25-də Nazirlər Komitəsində və Avropa Şurası Parlament Assambleyasında təmsilçilik hüququ dayandırılıb.Rusiya 1996-cı il fevralın 28-də Avropa Şurasına üzv olub.