DÜNYA

17 Mart

Zelenski: Bütün ABŞ şirkətləri Rusiya bazarını dərhal tərk etməlidir

Ukrayna prezidenti Zelenski ABŞ Konqresinə çağırış edərək, "Rusiya dövlət terrorunu qırmaq üçün bütün ABŞ şirkətləri dərhal Rusiya bazarını tərk etməlidir. Çünki bura bizim qanımızla dolu bir bazardır," deyə bildirib.
"Fins.az"xəbər verir ki, Zelenski  ABŞ Konqresində çıxış edib.

Məlumata görə, Zelenski çıxışında bu sözləri deyib:

Bu zaman ölkəmizin, xalqımızın taleyi müəyyənləşdirilir. Xanımlar və cənablar, siz öz tarixinizdə ukraynalıları başa düşə bilməyən hadisələrlə üzləşmisiniz. Bizi başa düşməyinizə ehtiyacımız var. Məsələn, Pearl Harboru xatırlayın, 11 sentyabr hadisələrini xatırlayın. Günahsızların havadan hücuma məruz qaldığı o günləri xatırlayın. Ölkəmizdə də hər gün eyni şey baş verir. Bu, 3 həftədir ki, hər gecə baş verir. Ukraynanın bir çox şəhərlərində Rusiya Ukrayna səmasını ölüm mənbəyinə çevirib. Rusiya əsgərləri indiyədək 1000-ə qədər raket atıb. Bizi öldürməyə çalışdılar. Bu, Avropanın görmədiyi bir terrordur. Biz bu terrora cavab gözləyirik. Biz uçuşa qadağan zona elan etməklə çox şey istəmədiyimizi düşünürük. Azad şəhərlərimizin daha terrora məruz qalmaması üçün. Siz bilirsiniz ki, bizə hansı müdafiə sistemləri lazımdır. Sahədə bir təyyarəni idarə edə bilmək çox vacibdir. Təyyarə Ukraynaya Avropaya kömək edə bilər. Onlar sizdə var, amma Ukraynada yoxdur.

Fikirlərinin davamında o , "Mənim bir arzum var ifadəsini bilirsiniz. Bizim də arzumuz və ehtiyacımız var. Ukrayna indiyə qədər göstərdiyi böyük dəstəyə görə ABŞ-a minnətdardır. Mən də Ukrayna xalqına qarşı cinayət törədən hərbi cinayətkarların elan edilməsi qərarını dəstəkləyirəm. Yeni sanksiyalar tələb edirəm. Məhdudiyyətlər davam etməlidir. Biz ABŞ-ın əlaqəni kəsməyən bütün Rusiya siyasətçilərinə qarşı sanksiyalar tətbiq etməsini istəyirik. Rusiya dövlət terrorunu qırmaq üçün bütün ABŞ şirkətləri Rusiya bazarını dərhal tərk etməlidir. Çünki bura bizim qanımızla dolu bazardır. Əgər sizin dairələrinizdə maliyyə təmin edən Rusiya şirkətləri varsa, təzyiq göstərin,"-deyə bildirib.