DÜNYA

16 Mart

Avropa İttifaqı ölkələri karbon vergisi ilə bağlı razılığa gəlir

Avropa Şurası üzv ölkələrin Sərhəd Karbon Tənzimləmə Mexanizmi (CBAM) adlı tənzimləmə üzərində razılaşdıqlarını açıqlayıb.

"Fins.az"xəbər verir ki, açıqlamada üçüncü ölkələrdən gələn sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsulların karbon vergisinə cəlb ediləcəyi bildirilib.
Avropa İttifaqına (Aİ) üzv olan ölkələr üçüncü ölkələrdən alınan bəzi məhsullara sərhəddə karbon vergisi tətbiq etmək barədə razılığa gəliblər.

Avropa Şurası üzv ölkələrin Sərhəd Karbon Tənzimləmə Mexanizmi (CBAM) adlı tənzimləmə üzərində razılaşdıqlarını açıqlayıb

Açıqlamada, sözügedən mexanizmin ətraf mühiti qorumaq üçün hazırlandığı və əsas məqsədinin karbon sızmasının qarşısını almaq olduğu qeyd edilib.