Rusiya və Ukrayna arasında aparılan danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir, martın 14-də ilkin nəticələrin çıxarılması üçün Moskva və Kiyev arasında danışıqlar aparılacaq.
Bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək”, - Podolyak tviterdə yazıb.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar martın 14-ü videoformatda davam edəcək.