Avropa İttifaqı (Aİ) Google və Meta texnologiya şirkətlərinin rəqəmsal reklam fəaliyyətləri ilə bağlı rəqabət araşdırmasına başlayıb.
Aİ Komissiyası ABŞ-da yerləşən Google və Facebook, Instagram və WhatsApp-ın sahibi Meta şirkətlərinin displeyin əlavə texnologiyalarının Birlik rəqabət qaydalarını pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.
"Fins.az"xəbər verir ki, açıqlamada, rəqəmsal mühitdəki bir çox nəşriyyatın öz fəaliyyətlərini ekran reklamından əldə etdiyi gəlirlə maliyyələşdirdiyi xatırladılıb.
Araşdırmanın 2018-ci ildə Google və Meta arasında bağlanmış "Jedi Blue" müqaviləsi ilə əlaqəli olduğuna diqqət çəkərək, razılaşmanın Google-un proqramı ilə rəqabət aparan reklam texnologiyası xidmətlərini istisna etmək üçün bir səy ola biləcəyi qeyd edilib.
Açıqlamada, sözügedən razılaşmanın onlayn ekran reklam bazarlarında rəqabəti poza biləcəyi və nəşriyyatların və istehlakçıların zərərinə ola biləcəyi bildirilib.
Qeyd edək ki, Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətləri öz sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir.