Ukrayna Kənd Təsərrüfatı İstehsalçıları Birliyinin vitse-prezidenti Denis Marçuk Rusiyanın işğalına görə 2022-ci ildə qarğıdalı, günəbaxan və kolza istehsalında böyük ehtimalla azalma olacağını açıqlayıb.
"Fins.az" xəbər verir ki, Marçuk bunun əvəzinə qarabaşaq, yulaf, darı kimi taxıl məhsullarına üstünlük vermənin mümkün olduğunu bildirib.
Ukrayna dünyanın əsas taxıl və bitki yağları istehsalçılarından və ixracatçılarından biridir, lakin rəsmilər və fermerlər işğala görə 2022-ci ildə məhsul və ixracatın azalacağını proqnozlaşdırırlar.
Marçuk yerli televiziyaya açıqlamasında "Yayda yığılması gözlənilən yazlıq məhsullar əhəmiyyət qazanıb, çünki (gələcəkdə) nə olacağını bilmirik.Ukraynanı əhalini və ordunu qidalandırmaq üçün ərzaqla təmin etmək üçün yığıla bilən qarabaşaq yarması, noxud və taxıllara üstünlük veriləcək", - deyə bildirib.