“Norton” antivirusunun yaradıcısı olan ABŞ-ın “NortonLifeLock Inc.” şirkəti Rusiya Federasiyasında öz məhsullarının satışını dayandırıb.
Fins.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
“Son hadisələrə görə və ixraca nəzarət qaydalarına uyğun olaraq, biz hazırda yeni sifarişlər qəbul edə və ya yardım göstərə bilmirik”, - məlumatda qeyd olunur.
Bundan əvvəl beynəlxalq antivirus proqramçısı “Eset” öz veb-saytında Rusiya Federasiyası və Belarusda məhsulları üçün yeni lisenziyaların satışının dayandırıldığını elan edib. Tərtibatçı əmin edir ki, əvvəllər alınmış bütün lisenziyalar tam funksionaldır və mövcud müştərilər onları məhdudiyyətsiz yeniləyə bilərlər.
Çexiyanın antivirus proqramının istehsalçısı “Avast” da rəsmi bloqunda Belarus və Rusiyada məhsullarının satışını və marketinqini dayandırdığını bəyan edib.
“Biz bütün məhsullarımızın Rusiya və Belarusdan tədarükünü dayandırmışıq və bu ölkələrdə bütün marketinq və satış əməliyyatlarını dayandırmışıq”, - bəyanatda deyilir.
Qeyd edək ki, “Avast” şirkətinin Rusiyadakı satışlarından illik vergiləri təxminən 2,5 mln. dollar təşkil etdir.