DÜNYA

11 Mart

2021-ci ildə Gürcüstana xarici investisiyalar iki dəfə artıb

Gürcüstanın Milli Statistika Xidmətinin “Sakstat”ın cümə günü dərc etdiyi hesabata əsasən, 2021-ci ildə Gürcüstan iqtisadiyyatına xaricdən birbaşa investisiyaların həcmi 1,152 milyard dollar, 2020-ci ildə isə bu rəqəm 572 milyon dollar təşkil edib.

"Fins.az" xəbər verir ki, məlumata görə, keçən il ümumi sərmayənin 760 milyon dollardan çoxu yenidən investisiyalardan, 217 milyon dollardan çoxu borcdan və təxminən 175 milyon dolları isə kapitaldan əldə edilib.

2021-ci ildə Gürcüstana ən böyük investorlar Böyük Britaniya (596,9 milyon dollar), Hollandiya (125,9 milyon dollar) və Çexiya (81,8 milyon dollar) olub. Bu dövrdə vəsaitlərin böyük hissəsi Gürcüstanın maliyyə sektoruna (443,3 milyon dollar), əyləncə, istirahət və digər xidmətlərə (230,5 milyon dollar), energetikaya (157 milyon dollar) və emal sənayesinə (143 milyon dollar) yatırılıb.