DÜNYA

11 Mart

ABŞ-da 1,5 trilyon dollarlıq paket Senatdan keçib

ABŞ-da 1,5 trilyonluq xərclər paketi Nümayəndələr Palatasından sonra Senat tərəfindən təsdiqlənib.

"Fins.az" xəbər verir ki, paketə həmçinin Ukraynaya 13,6 milyard dollar yardım daxildir.

ABŞ-da Ukraynaya yardım paketini özündə əks etdirən və sentyabrın 30-na qədər hökumətə maliyyə ayrılmasını nəzərdə tutan 1,5 trilyon dollarlıq büdcə qanun layihəsi Senatda təsdiqlənib.

Paket Senatda 31 əleyhinə 68 səsin böyük əksəriyyəti ilə qəbul edilib. Qanun layihəsi prezident Co Bayden tərəfindən imzalanmaq üçün təqdim olunacaq.

Senatdan keçən qanun layihəsi ABŞ-da daxili korporativ xərclərin ən böyük artımına imkan verəcək. Qanun layihəsi ilə müdafiə xərcləri istisna olmaqla, ixtiyari xərclər üçün 730 milyard dollar ayrılacaq. Beləliklə, bu xərc maddəsi üzrə 6,7% artım olacaq.