ABŞ prezidenti Co Bayden Rusiya ilə ticarət əlaqələri ilə bağlı çağırış edərək, Rusiyadan idxal olunan mallara yüksək gömrük rüsumlarının tətbiqinə hazırlaşır.
Fins.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukrayna hücumuna görə Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini elan etməyə çalışır.
Prezident Baydenin Rusiya ilə normal ticarət əlaqələrinə son qoymağa çağıracağı gözlənilir və bu, Rusiyadan idxal edilən mallara rüsumların artırılmasına yol açacaq. Açıqlamanın G7 və Aİ liderləri ilə birlikdə veriləcəyi gözlənilir.
Baydenin Rusiyanın üstünlük verdiyi ticarət statusuna son qoymağa çağıracağı bəyan edilib.