Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda logistika ilə bağlı meydana çıxan çətinliklər səbəbindən Yaponiyanın “Mitsubishi Electric” şirkəti Rusiyaya tədarükü dayandırıb.
Bu barədə şirkətin məlumatında deyilir.
Şirkətdən bildirilib ki, tədarük zəncirlərindəki fasilələr, həmçinin ödənişlə bağlı çətinliklər şəraitində fəaliyyəti davam etdirmək mümkün deyil.
Bundan başqa, şirkət Ukraynanı tərk etməyə məcbur qalmış şəxslərə dəstək məqsədilə BMT-nin Ali Komissarlığı vasitəsilə 1 milyon avro yardım ayırmaq niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, Rusiyada “Mitsubishi” brendinin “Outlander” və “Pajero Sport” modelləri istehsal edilir.